fbpx

Küləklə bağlı daha bir xəbərdarlıq



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə BEY.AZ-a Dövlət Dəniz və Liman Agentliyindən bildirilib.

Məlumata görə, bu gün günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi iyunun 27-si səhər saatlarına kimi davam edəcək: “Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-5,5 metrə çatacağı proqnozlaşdırılır”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin