fbpx

Küləklə bağlı daha bir xəbərdarlıq edildi



Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Xidmətdən BEY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin