fbpx

Küləkli və yağıntılı hava bu vaxtadək davam edəcək

Rüya Yorumları burda


Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə BEY.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Qusarda 50 mm, Zaqatalada (Əlibəy) 25 mm, Gədəbəydə 22 mm, Beyləqanda 16 mm, Qrızda 14 mm, Daşkəsəndə 13 mm, Qubada 10 mm, Ağdamda 9 mm, Ağdam, Qaxda 8 mm, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24-28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu