Küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb.
Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanıb.
İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılıb.
Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.