fbpx

Kümçülərə ipəkqurdu toxumu paylanılıb – FOTOLAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda 2022-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb

Metbuat.az Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, bu il 40 rayondan olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.

İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.

Rüya tabirlerini burdan oku

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş yaş barama “Azəripək” MMC tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Qeyd edək ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, paylanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.

İpəkqurdu toxumlarının paylanması prosesi başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən kümxanalara baş çəkib, kümçülərlə söhbət edib, onların təkliflərini dinləyiblər. Səsləndirilən təkliflər qeydə alınıb, icrası üçün müvafiq tapşırıqlar verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu