fbpx

Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini əks etdirən maddi mədəniyyət nümunələri aşkarlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən, e.ə. IV minilliyin ikinci yarısı – III minilliyə aid Çaqqallıqtəpə abidələr kompleksinə səfər edərək, abidə və orada aparılan arxeoloji tədqiqatlarla yaxından tanış olub.

AMEA-dan Metbuat.az-a verilən xəbərə görə, Abbas Seyidov abidədə qazıntıların yüksək səviyyədə aparıldığını bildirib və gələcək tədqiqatlar barədə tövsiyələrini verib. Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntılar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası tərəfindən t.ü.f.d. dosent Səfər Aşurovun rəhbərliyi ilə aparılır. Burada arxeoloji qazıntılar 2016-cı ildən başlayıb. İlkin araşdırmalar nəticəsində ərazidə 5 eyni xarakterli təpənin – yaşayış yerinin olduğu müəyyən edilib. Hazırda arxeoloji qazıntılar I Çaqqalıqtəpənin 200 kv. metrlik sahəsində aparılır. Nəticədə Kür – Araz mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini əks etdirən maddi mədəniyyət nümunələri – saxsı qabların hissələri, daşdan düzəldilmiş əmək alətləri, çaxmaqdaşından oraq dişi, ox ucluğu, sümük alətlər aşkarlanıb. Keramika fraqmentlərindən əksəriyyətinin üzərində Kür – Araz mədəniyyətinin əsas atributu olan yarımşar formalı qulplar var.

Yaşayış yerindən Erkən tunc dövrünə aid müxtəlif tipli evlər, o cümlədən bölgə üçün xarakterik olan yarımqazma və qazma evlər aşkar edilib. Qazma evlərdən biri iki sıra çiy kərpicdən tikilib. Sıralar arasında boşluq var. Bəzi evlərin özülü dairəvi formada, möhrədən olmaqla, üzəri yüngül konstruksiyalı dirəklərlə qurularaq hörülüb və hər iki tərəfdən suvanıb.

Rüya tabirlerini burdan oku

Cari ildə həyata keçirilən qazıntılar nəticəsində abidədə aşkar edilmiş qazma və yarımqazma evlərin quruluşu və funksiyası tam olaraq öyrənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu