fbpx

Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Rüya Yorumları burda


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

“Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda “mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb: “74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.

Ölkə başçısı ələ keçirilmiş ərazilərdə “humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.

Rüya tabirlerini burdan oku

“Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu