Kurskda bu ölkənin tankları istifadə edilib
Ukrayna qoşunları Rusiya ərazisinə hücum zamanı Britaniyanın “Challenger 2” tanklarından istifadə etmiş ola bilər.
BEY.AZ bildirir ki, bu barədə “Sky News” yazır. Məlumatda qeyd edilir ki, əgər fakt doğrudursa, bu, Ukrayna əsgərlərinin idarə etdiyi Britaniya tanklarının Rusiya ərazisində ilk dəfə istifadə edilməsi deməkdir.
Britaniya Müdafiə Nazirliyi əməliyyat təfərrüatlarını şərh etməkdən imtina edib. Ukrayna Silahlı Qüvvələri mövzu ilə bağlı açıqlama verməyib. Böyük Britaniya höküməti Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından sərbəst istifadə edə biləcəyini təsdiqləyib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |