fbpx

Kütləvi məzarlıqlar – erməni faşizmini gizlədən naməlum ünvanlar

BEY.AZ informasiya agentliyi xəbər verir


AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Ermənistanın hərbi cinayətinin daha bir sübutu kimi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq və ümumiyyətlə bu tipdə olan erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı Metbuat.az-a açıqlama verib.

Həmin müsahibəni təqdim edirik:

Dövlət müstəqilliyin daimi olsun, Türkiyə -

Son 200 ildə böyük dövlətlərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan torpaqları, Cənubi Azərbaycan, Türkiyə və Orta Asiyada soyqırımlar, etnik təmizləmə, qətliamlar və s. törədiblər. Bu soyqırımlar zamanı mülki əhali insanlıqdan kənar kütləvi şəkildə məzarlıqlarda basdırılmışdır. Bununla bağlı 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütyun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan Hamazapsın başçılığı ilə mülki əhalinin qətlə yetirib. Həmin illərə aid 2007-ci ilin aprelində Quba şəhərin şimalında, Qudyalçayın kənarında tapılmış Quba kütləvi məzarlığı erməni vəhşiliyinin əyani sübutudur. Həmçinin Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, “Qara sandıq” adlı qəbiristanlığın ərazisi 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş “Cilovluq” adlı soyqırımın qurbanlarına aid kütləvi məzarlıq, Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində və s. yerlərdə kütləvi məzarlıqlar tapılmışdır.

Təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasətini davam etdirməklə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və əlavə protokollarının, BMT-nin, Haaqa Konvensiyasının, İslam əməkdaşlıq Təşkilatının, UNESCO-nun, eləcə də digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşüünülmüş şəkildə pozur. Eyni zamanda da 1949-cu il Cenevrə Konvensiyası və onun muvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana tərəfinə təqdim etməyə borclu olmasına baxmayaraq hələ buna riayət etmir.

Təbii ki, Azərbaycan, Ermənistan tərəfindən terrora, soyqıma məruz qalması və xüsusilə də kütləvi məzaqlıqların aşkarlanması, həmçinin 4000 minə yaxın Azərbaycan vətəndaşının əsir olması faktını Ermənistandan kompensasiya kimi tələb etməyə qadirdir. Digər tərəfdən biz kütləvi məzarlıqlarla bağlı fakt, sənəd, kadr, fotolar, şahidlərin qeydləri, əsirlərin xatirələri, xarici və yerli medianın yazılarını və s. toplayaraq kitab halında xarici dillərdə çap etdirməliyik. Kütləvi məzarlıqlarla bağlı xarici ölkələrdə seminar, konfrans, tədbirlər təşkil etməliyik. Həmçinin bu faktların xarici ölkə KİV-lərində həm yerli, həm də xarici jurnalist, tədqiqatçı, alimlərin məqalələr yazmasına, müsahiblər verməsinə nail olmalıyıq. Elmi-praktiki konfranslara, tədbirlərə gəldikdə isə bunları həm Azərbaycanın və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, həm də QHT, siyasi və ictimai partiyalar, KİV-lər və s. müvafiq qurumları ilə birgə təşkili mümkündür.

Təcavüzkar Ermənistan dövlətinin terror siyasəti, insanlıqdan və hüquqdan kənar kütləvi şəkildə basdırıldıqları məzarlıqlar da dünya ictimaiyyətinə, beynəlxalq və regional təşkilatlar tərəfindən ətraflı şəkildə, fakt, sənədlərə söykənərək çatdırılmalıdır. Bütün bunların hamısı bir daha Azərbaycanın haqq, hüquq yolunda olmasını, eləcə də xalqımızın başına gətirilən faciələri əyani şəkildə sübut etməyimiz üçün gərəkli vasitədir.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin