fbpx

Lənkəranda internet kəsintisinin səbəbi bilindi



Ötən gün Lənkəranda internetin verilməsində problemlər yaşanıb.

Bu barədə BEY.AZ-a sakinlər məlumat verib. Sorğumuza cavab olaraq “Aztelekom” MMC-dən bildirilib ki, problemə səbəb rayon ərazisindən keçən magistral kabelin zədələnməsi olub:

“9 iyul tarixində saat 14:00-da Lənkəran rayonu ərazisindən keçən “Aztelekom” MMC-yə məxsus magistral kabelin zədələnməsi səbəbindən Lənkəran ərazisində bir qism abunəçilərin telekommunikasiya xidmətləri ilə təmin edilməsində fasilələr meydana gəlib. Yaranmış çətinliyin aradan qaldırılması üçün növbətçi təcili tədbirlər həyata keçirilib və qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa edilib.

Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin