Lənkəranlı şəhidlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Vətən Müharibəsində qəhrəmancasına canından keçən Lənkəranlı şəhidlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı keçirilib.
Metbuat.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsinə həsr edilmiş 44 dəqiqəlik “Zəfər carçıları” sənədli filmi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Şəhidlərimiz and yerimizdir” adlı layihə çərçivəsində hazırlanıb.
Dekabrın 14-də baş tutan təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun şöbə müdiri Rəşid Paşalı, Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Qəni Axundzadə, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov filmin süjet haqqında məlumat verib.
Qeyd edək ki, filmdə Lənkəranın tarixi abidələri, Birinci Qarabağ Müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsində lənkəranlıların qəhrəmanlığından, tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi, eləcə də Azərbaycanda tarixən mövcud olan multikultural ənənələrdən bəhs olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lənkəranlı #şəhidlərin #xatirəsinə #həsr #edilmiş #filmin #təqdimatı #keçirilib