fbpx

“Laçın” hücum təyyarəsinin sınaq uçuşları keçirildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.

Metbuat.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində “Türk Aviasiya və Kosmik Sənaye Şirkəti” (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

“Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsinin sınaq uçuşları keçirilib.

Rüya tabirlerini burdan oku

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, İstanbulda “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi (“Laçın”) müqaviləsinin imzalanma mərasimi” keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçın #hücum #təyyarəsinin #sınaq #uçuşları #keçirildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu