Laçın şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.
BEY.AZ xəbər verir ki, oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 272 ailə, yəni 1 052 nəfərin daimi məskunlaşması təmin edilib.