“Laçın” SBM-dən sərbəst keçidin təmin olunmasından razıyıq”
BEY.AZ informasiya agentliyi xəbər verir
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Arstamyan Elen sərbəst keçidin təmin olunmasından razılığını bildirib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını ifadə edən A.Elen hər şeyin yaxşı olduğunu söyləyib.
O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.
Qeyd edək ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçın #SBMdən #sərbəst #keçidin #təmin #olunmasından #razıyıq