Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsinin ilk görüntüləri
BEY.AZ informasiya agentliyi xəbər verir
Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#LaçınXankəndi #yolundakı #sərhədburaxılış #məntəqəsinin #ilk #görüntüləri