“Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması zərurəti artıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan hərbçilərinin martın 25-də Şuşaya daxil olmadan torpaq yolunu nəzarətə götürməsi Laçın yolunun qurtacağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb”.
Metbuat.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirdi ki, azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi.
“Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingentin ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı. Hazırda bu yol Azərbaycan hərbçilərininə nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb. Bunun qarşısının almağın yeganə alternativi Laçın yolunun qurtaracağına sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Bununla bütün həmçinin Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanılacaq”,- deyə politoloq qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçın #yolunda #sərhədkeçid #məntəqəsinin #yaradılması #zərurəti #artıb