Laçın yolundakı aksiya bu gecə də davam edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.
Metbuat.az xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır.
Havanın soyuq və şaxtalı olmağına baxmayaraq, ekofəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.
Hazırda da ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Берегите природу!” (Təbiəti qoruyun), “Экоциду нет! Мониторингу да!” (Ekosidə yox! Monitorinqə hə!) şüarlarını səsləndirirlər.
Aksiya dekabrın 12-də başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçın #yolundakı #aksiya #gecə #də #davam #edəcək