fbpx

Laçın yolunun açılması təmin oluna bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdam-Xankəndi yolunun açılması, bu yolun mövcudluğu və funksionallığı müvafiq bəyanatlarda öz əksini tapıb və Ermənistanın öz rəhbərliyi də Brüssel görüşlərdə bu yolun mövcudluğunu və istifadəsinin mümkünlüyü qəbul etmişdir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Lakin sonrakı addımlarda bunu inkar edirlər. Bu prosesin növbəti tərkib hissəsi kimi növbəti günlərdə, yəni müəyyən şərti vaxtlar çərçivəsində Laçın yolunun da açılması təmin oluna bilər. Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır”, – o əlavə edib.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçın #yolunun #açılması #təmin #oluna #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu