fbpx

Laçından Ermənistan və onun havadarlarına verilən mesajlar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər. Səfər çərçivəsində bir sıra vacib infrastruktur, sosial və digər obyektlərin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirinə qatılıblar.

İlk dəfə qeyd olunan “Laçın Şəhəri Günü” bayram tədbirində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə vacib mesajlar verdi.

Bu barədə Metbuat.az-a müsahibəsində millət vəkili Cavid Osmanov bildirdi ki, Prezidentin bu səfəri BMT Təhlükəsizlik Şurasında, böyük güclərin təsiri altına düşüb Azərbaycan əleyhinə fitnəçiliklə məşğul olanlara təsirli cavabdır:

Rüya tabirlerini burdan oku

“Laçın Şəhəri Günü ilə bağlı Prezident İlham Əliyev öz çıxışında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsini təkcə işğalçı Ermənistana deyil, həm də onların havadarlarına endirilmiş yumruq zərbəsi olduğunu bildirdi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan ərazisində yalnız Azərbaycan qanunları işləyəcəkdir. Ölkəmizə qarşı istər hərb, istər informasiya, istər siyasi – diplomatik təxribatlar olsun, fərq etmir, Azərbaycana qarşı Ermənistan və onların havadarları növbəti dəfə iflasa uğrayıb məğlub olacaqlar.

Bu, çox ciddi mesaj idi. Qoy, Ermənistan və arxasında olanlar bundan sonrakı mərhələdə artıq Azərbaycanla münasibətlərin normallaşması istiqamətində düşünsünlər. Onlar anlasınlar ki, ölkəmizlə sülh müqaviləsi imzalamayacaqları təqdirdə, istənilən təxribatın qarşısı çox qətiyyətlə alınacaqdır. Azərbaycan Prezidentinin Laçın və Kəlbəcərə səfəri göstərdi ki, hər iki rayona böyük köç üçün nəinki kritik infrastruktur hazırlıqları yüksək səviyyədə görülür, həm də gələcəkdə oradakı soydaşlarımızın işlə təmin edilməsi üçün lazımı addımlar müasir texnologiyaların tətbiqi ilə edilir. Ermənistanı geosiyasi alət kimi istifadə edənlər bilməlidirlər ki, Azərbaycan öz haqlı, ədalətli yolunu bundan sonra da, davam etdirəcəkdir”.

Yeni geosiyasi reallıqlar kontekstində Laçının azad olunmasının böyük strateji əhəmiyyəti olduğunu nəzərə çatdıran politoloq İlyas Hüseynov Metbuat.az-a danışarkən vurğuladı ki, Ermənistanın 30 il işğal dövrü ərzində edə bilmədiklərini Azərbaycan cəmi üç il ərzində uğurla həyata keçirdi:

“Azərbaycan Vətən müharibəsi dövründə Laçın, Kəlbəcər və Ağdamı siyasi, diplomatik yollarla azad etdi və burada bir şəhid vermədən, bir güllə atmadan tarixi torpaqlarımız bizə qaytarıldı. Hazırda Laçında genişmiqyaslı abadlıq quruculuq işləri gedir, beynəlxalq səviyyəli hava limanı da tikilərək bu yaxınlarda istifadəyə veriləcəkdir.

Laçın şəhərinin mərkəzinin Zabux və Sus kəndlərinin də Azərbaycana qaytarılması üçtərəfli birgə bəyanatın tərkibindən gələn məsələ idi. Burada Azərbaycanın siyasi səriştəsi, prinsipiallığı cənab Prezidentin müdrikliyi də əsas rol oynadı. Hesab edirəm ki, artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin olunması da bir siyasi zəfər kimi dəyərləndirilə bilər”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Bu gün Ermənistan və onun havadarlarının yenidən regionda gərginliyin yaradılmasına çalışdıqlarını xatırladan politoloq hesab edir ki, yeni eskalasiya ehtimallarının güclənməsi, BMT Təhlükəsizlik Şurasında saxta blokada mövzusunun genişləndirilməsinə cəhdlər Cənubi Qafqazda dayanıqlı sülhə təsir göstərir:

“Azərbaycan sülh prosesində təhlükəsizlik sisteminin inkişafı üçün maraqlıdır və bizim üçün əsas məqsəd Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Təəssüflər olsun ki, Ermənistan sülh prosesindən yayınır. Bu cür şouların həyata keçirilməsi və etnik təmizləmə ilə bağlı yalançı təbliğatın aparılmasına doğru addımlar sülh prosesini zədələyir və bir sıra dövlətlər də Ermənistanın bu yalançı propaqandasında iştirak edirlər.

Buna görə də, Azərbaycanın sülh mövqeyindən çıxış etməsinin nümayiş etdirilməsi, Azərbaycanın tarixi torpaqlara bağlılığının ifadə olunması mühüm amildir. Laçına səfərlə bağlı erməni mediasına nəzər salanda görürük ki, burada Ermənistanın hazırkı rəhbərlərini günahlandırıb, ittiham edirlər. Cənab Prezident verdiyi sözü tutdu. İlham Əliyevbir neçə il bundan öncə laçınlılarla görüşündə bildirmişdi ki, Azərbaycan, Laçını və digər torpaqlarımızı azad edəcəkdir. Düşünürəm ki, qarşıdakı dönəmdə də cənab Prezidentin verdiyi bütün vədlər, söylədiyi fikirlər reallaşacaqdır. Biz buna səmimiyyətlə inanırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Laçından #Ermənistan #və #onun #havadarlarına #verilən #mesajlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu