Latviya Prezidenti COP29-da iştirak edəcək
Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.
Metbua.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya məlumat verib.
“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. O, buraya nümayəndə heyəti ilə gəlir. Prezident rəsmi açılış və bütün əsas COP tədbirləri üçün burada olacaq”, – səfir bildirib.
Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |