Lavrov jurnalistin Mariupoldakı doğum evinin bombalanması sualına ƏSƏBİLƏŞDİ: “Siz məni dinləmirsiniz”
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya XİN başçısı Sergey Lavrov Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinin bombalanması haqqında jurnalistlərin suallarını cavablandırıb.
Metbuat.az xəbər verir ki, o BBC-nin müxbirinin bu məsələ ilə bağlı sualına sərt cavab verib:
“Siz məni dinləmirsiniz. Üçüncü dəfədir doğum evi ilə bağlı suala cavab verirəm. Orada nə tibbi personal var idi, nə də doğulan uşaqlar. Oradan atəş nöqtəsi kimi istifadə edilirdi”.
Qeyd edək ki, Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinə hava zərbələri endirib. Nəticədə tikililər tamamilə dağılıb. Rusiyanın hücumu nəticəsində 17 nəfər yaralanıb, onların arasında yeni ana olan qadınlar da var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.