fbpx

Lavrovdan MÜHÜM AÇIQLAMA: Ərdoğanın təklifini qəbul etdik

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Antalyada keçirilən RusiyaUkrayna sammitindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Lavrov bildirib ki, Ərdoğanın istəyi ilə baş tutan görüş əsnasında Türkiyə prezidentinin təklifini qəbul ediblər.

“Biz hər cür təmasların tərəfdarıyıq. Bu ona görədir ki, Ukrayna böhranı həll olunsun, bu əlaqələrin bir dəyəri olsun. İstəyirik ki, ukraynalı həmkarlarımız da bu danışıqların əsas mövzusundan kənara çıxmasınlar”.

Rüya tabirlerini burdan oku

Rusiya XİN rəhbəri danışıqlar zamanı təsdiqləyib ki, Moskvanın Ukraynada gündəlik humanitar dəhlizlər açmaq təşəbbüsü qüvvədə qalır.

“Onların marşrutları və necə hərəkət edəcəkləri Ukrayna tərəfi ilə birlikdə müəyyən ediləcək. Ən uyğun təhlükəsiz marşrutlar seçiləcəkdir. Belarusda konkret addımların atıldığını və qanun layihəsinin hazırlandığını həmkarlarımıza da xatırlatdıq. Ukraynalı həmkarlarımız Kiyevdə bunun üzərində işləyəcəklərini və cavab verəcəklərini bildiriblər. Biz düşünürük ki, Belarusda danışıqlar çox vacibdir”.

Lavrov onu da qeyd edib ki, Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu