“Lavrovla arada yazışırıq” – Elmar Məmmədyarov
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarov regionda və dünyada baş verən geosiyasi proseslər barədə müsahibə verib.
Metbuat.az xəbər verir ki, Report-a müsahibəsində E. Məmmədyarov eyni zamanda digər diplomatlarla hazırkı münasibətlərindən də danışıb.
O qeyd edib ki, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə çox yaxşı münasibətləri var: “İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm”.
“Xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?” sualına isə keçmiş XİN rəhbəri belə cavab verib: “İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lavrovla #arada #yazışırıq #Elmar #Məmmədyarov