fbpx

Lavrovun Bakı səfərindən GÖZLƏNTİLƏR: Kreml yaranan strateji fürsətlərdən istifadə etmək istəyir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Politoloq Nurlan Qələndərli Metbuat.az-a Rusiya XİN rəhbərinin Azərbaycana səfərini təhlil edib. Müsahibimiz bildirdi ki, Rusiyanın geostrateji vəziyyəti Qafqazda, o cümlədən Cənubi Qafqazda konstruktiv əlaqələri gücləndirməyi zəruri edir.

Rüya tabirlerini burdan oku

Nurlan Qələndərli

“Hazırda beynəlxalq münasibətlərdə yeni düzənin, yaxud yeni dünya nizamının yaranmasına şahidlik edirik. Cahanın dörd bir tərəfində – müxtəlif geosiyasi qütblərdə rəqabət, uzlaşma, qarşıdurma, əməkdaşlıq, inteqrasiya kimi proseslər aktiv fazaya daxil olub. Ağırlıq mərkəzi isə Avrasiyadır. Burada iki region diqqəti xüsusilə cəlb edir: Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Şərqi Avropa və postmüharibə mərhələsinə qədəm qoymuş Cənubi Qafqaz.Bu reallıq fonunda regional və qlobal güc mərkəzləri Cənubi Qafqazda təsir imkanlarını artırmağa, bölgədə cərəyan edən proseslərdə fəal rol oynamağa çalışırlar. Burada həlledici amil isə regionu geostrateji cəhətdən yenidən dizayn edən – yeni təhlükəsizlik və əməkdaşlıq mühiti yaradan Azərbaycanla işbirliyinin gücləndirilməsidir. Son zamanlar intensiv diplomatik trafikin, müxtəlif səfərlər və görüşlərin siyasi şifrəsi də məhz buradadır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişini də bu xüsusda dəyərləndirmək lazımdır”.

Politoloqun sözlərinə görə, Moskva görür ki, Azərbaycanın liderliyi və fəallığı fonunda regionda yeni siyasi balans yaranır. Bakı Cənubi Qafqazda prosesləri öz geostrateji iradəsi, geosiyasi təqvimi isə öz vaxtı, saatı ilə tənzimləyir.

Soçidə mühüm sammit! Putin, Əliyev və Paşinyan görüşüb, müsbət mesajlar verildi.

“Sülh müqaviləsinin imzalanması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, bölgədə kommunikasiya xətlərinin bərpası və yeni nəqliyyat xəttinin yaradılması beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiyanın rəqibi olan Avropa İttifaqı ilə ABŞ-ın marağındadır. Ona görə də Kreml proseslərdən kənarda qalmamaq, Avrasiyada “geosiyasi autsayder” durumuna sürüklənməmək üçün aktiv siyasi-diplomatik həmlələr etməlidir. Bu isə Moskva-Bakı geosiyasi xəttində məhsuldar və səmərəli diplomatiyanın həyata keçirilməsindən asılıdır. Rusiya sülh danışıqlarına dəstək verdiyini ifadə etməklə fəallığını nümayiş etdirməyə çalışır. Çünki yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Elə Lavrov bir müddət əvvəl ermənistanlı həmkarı ilə görüşdən sonra mətbuat konfransında bildirmişdi ki, “Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə hazırdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmaların əldə olunacağına şübhə yoxdur”. Moskva yaxşı bilir ki, Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Ona görə də yaranan şəraitdən, strateji fürsətlərdən istifadə etmək lazımdır”.

N.Qələndərli söylədi ki, Rusiya altılıq, yaxud “3+3” formatı adlandırılan yeni əməkdaşlıq platformasının gerçəkləşdirilməsi üçün müəyyən addımlar atır. Burada da mühüm məsələ Azərbaycanın geosiyasi iradəsinin nəzərə alınması, ölkəmizlə ortaq mövqedən çıxış etməkdir.

“Xüsusilə nəzərə almaq lazımdır ki, “altılıq” platforması siyasi-diplomatik ve geostrateji təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, mühüm iqtisadi-ticari önəmə də malikdir. “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Deməli, iqtisadi potensial qarşılıqlı-faydalı əməkdaşlığa geniş imkanlar yaradır. Xüsusilə də, sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda işbirliyi imkanları genişdir. Gələcəkdə birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması məsələləri də aktualdır. Digər tərəfdən, “altılıq” ölkələrinin demoqrafik (toplam 300 milyon nəfərdən çox əhali) potensialı da iqtisadi-ticari münasibətlərin uğurlu inkişafına real zəmin yaradır. Cənubi Qafqaz ölkələri yeni satış bazarlarına çıxış imkanları əldə edir ki, bu da əmtəə dövriyyəsinin artması, sosial-iqtisadi inkişaf deməkdir. Bu da bütün tərəflər üçün əhəmiyyətli, Rusiya üçün isə “sanksiya müharibəsi”nin şiddətləndiyi şəraitdə hava və su qədər vacibdir”.

Prezident İlham Əliyevin Rusiyaya 48-ci səfəri zamanı imzalanan və 43 maddədən ibarət Müttəfiqlik Bəyannaməsindən irəli gələn hədəflərin reallaşdırılması da səfər zamanı müzakirə mövzusuna çevrilə biləcəyini vurğulayan politoloqun şərhinə görə, xüsusi olaraq nəzərə almaq lazımdır ki, Bəyannamənin səciyyəvi xüsusiyyətlərindən biri yeni geosiyasi situasiyanı, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqları – postmüharibə dövrünü əks etdirməsidir.

22 fevral Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı

“Sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, Azərbaycanın milli maraqlarına tam uyğundur, postmünaqişə mərhələsində regional sülh və təhlükəsizliyin təmin olunmasına hədəflənən aydın mövqedir. Çünki üçtərəfli bəyanatların müddəalarının icra edilməsi erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tam çıxarılmasını, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların bərpasını və digər məsələləri ehtiva edir. Bu isəproseslərin Azərbaycanın haqlı mövqeyinə və mənafelərinə uyğun cərəyan etməsi deməkdir”.

“Göründüyü kimi, Rusiya ilə Azərbaycan arasında siyasi gündəmin və diplomatik gündəliyin mövzuları kifayət qədər əhatəli – genişdir. Lavrovun səfəri bu mövcud vəziyyəti dəyərləndirmək, konkret mövqe və niyyət ifadə etmək, perspektivə dair aydın baxış ortaya qoymaq baxımından önəmlidir” ,- deyə politoloq fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu