fbpx

“Lazım gələrsə Ermənistanın təxribatlarına döyüş meydanında cavab verə bilərik”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Ulu Öndərin 100 illik yubileyində cənab Prezidentin Şuşa şəhərindən verdiyi açıqlamalar, düşməni sülh müqaviləsi imzalamağa sövq etməklə bərabər onların havadarlarına da dərk etməli olduqları mühüm mesajdır”.

Bu sözləri Metbuat.az– açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Millət vəkili bildirdi ki, Ermənistan başa düşməlidir ki, biz Azərbaycanın müstəqilliyini şəhidlərin qanı, qazilərin yaraları bahasına, şəhid analarının şəhadəti şərəf sayması hesabına qazanmışıq və lazım gələrsə döyüş meydanında bunu davam etdirməyə daim hazırıq.

Arzu Nağıyev

Rüya tabirlerini burdan oku

“Azərbaycan ordusu erməni qəsbkarlarının vaxtilə təxribat törədərək zəbt etdikləri Şuşa şəhərini 44 günlük müharibə ilə azad etdi. Bu gün Şuşada dinc quruculuq işləri görülür və ən ciddi dövlət tədbirləri də məhz Şuşada keçirilir. Prezidentimiz Qarabağın incisi sayılan Şuşada Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycana olan sevgisi və ülvi hisslərdən irəli gələrək xalqı üçün gördüyü işlər ilə bağlı çox mühüm açıqlamalar verdi. Ölkə Rəhbəri bundan başqa həm ermənilərə, həm onların havadarlarına xəbərdarlıq edərək vurğuladı ki, hər hansı bir təxribata əl atmaq istəsələr, onların qarşısında məhz təməli Ulu Öndər tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən formalaşdırılmış daha da müasirləşdirilmiş bir orduyla qarşılaşacaqlar”.

Arzu Nağıyev deyir ki, Ali Baş Komandanın bu sözlərindən Azərbaycana yan gözlə baxan hər kəs özü üçün nəticə çıxarmalıdır. Millət vəkili dövlət Başçısının Şuşadan verdiyi son mesajı xatırladaraq Azərbaycanın qarşısında iki əsas məqsədin olduğunu deyib:

“Bizim qarşıda iki məqsədimiz var – sülh müqaviləsinin imzalanması və daxildə erməni icması ilə danışıqların aparılması. 30 il müddətində müharibədən dividend götürən və bunu itirən tərəflər danışıqların pozulmasında maraqlıdırlar. Lakin buna baxmayaraq, dövlət başçımızın Şuşadan verdiyi son bəyanatda bir daha mövqeyimiz ortaya qoyuldu ki, biz sülhün tərəfdarıyıq, eyni zamanda ərazi bütövlüyümüzü qoruyub saxlamağa çalışacağıq. Cənab Prezidentin verdiyi bütün mesajlar öz ünvanına dəqiq çatmalıdır və onlar da çox ciddi nəticələr çıxarmalıdırıar. Əsas məqam da ondan ibarətdir ki, biz düz yoldayıq və bu istiqamətdə də bütün Azərbaycan xalqı Ali Baş Komandanın yanındadır və bu proseslər də Azərbaycanın rifahı naminə bu istiqamətdə davam edəcəkdir”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lazım #gələrsə #Ermənistanın #təxribatlarına #döyüş #meydanında #cavab #verə #bilərik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu