Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
BEY.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |