fbpx

Lerikdə 70 sm qar yağıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 22-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntı olub, qar yağıb, lakin yağıntıların intensivliyi bir qədər səngiyib.

Metbuat.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü Lerikdə 70 sm, Sarıbaşda (Qax) 68 sm, Yardımlıda 58 sm, Altıağacda 47 sm, Ağdərədə (Ordubad) 44 sm, Şahdağda 41 sm, Xaltanda 34 sm, Kişçayda (Şəki) 32 sm, Ləzədə 28 sm, Girdimançay, Qaranohurda (İsmayıllı) 25 sm, Qrızda 18 sm, Daşkəsəndə 12 sm, Xınalıqda 10 sm, Göygöldə 7 sm, Naxçıvanda 6 sm, İsmayıllı, Şahbuzda 5 sm, Qusarda 4 sm, Şərur, Qubada 2 sm, Culfa, Sədərək, Şəkidə 1 sm olub.

Ağdərədə (Ordubad) 4 mm, Lerik, Naxçıvan, Şərur, Şahbuzda 3 mm, Daşkəsən, Oğuz, Zaqatala, Şahdağ, Ordubadda 2 mm, Culfa, Sədərək, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Göytəpə, Kişçay (Şəki), Balakən, Qəbələ, Şəki, Şamaxıda 1 mm-dək olub. Qərb küləyinin sürəti arabir Naftalanda 24 m/s, Göygöl, Tərtərdə 20 m/s, Şəmkir, Ağdamda 16 m/s-dək güclənib.

G.Məmmədova qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta, aran rayonlarında 2 dərəcəyədək isti olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin