Liftdə xəsarət alanlarla bağlı TƏBİB-dən açıqlama
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında lift qırılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
TƏBİB-dən BEY.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub:
“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) xəsarət alıb.
Onlardan iki nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər bir nəfər isə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil qiymətləndirilir. Digər 2 nəfər isə özəl tibb müəssisəsinə hospitalizasiya olunub”.
Seyranə Quliyeva / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |