fbpx

Liftlərin istismarına cavabdeh şəxs olmalıdır

Rüya Yorumları burda


“Tros, əyləc sisteminin sıradan çıxması bir çox hallarda liftdə qəzalara səbəb olur. İnsanlar bilməlidir ki, liftdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Liftdə olarkən eyni anda bir neçə düyməni basmaq, qapılarını açmaq olmaz”.

Bu sözləri BEY.AZ-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib. Onun sözlərinə görə, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır:

“Liftlərin istismarı zamanı təhlükəsizlik məsələsi ön planda olmalıdır. İstismara cavabdeh şəxs olmalıdır. Həmin şəxs tərəfindən ixtisaslaşmış müəssisə arasında müqavilə bağlanılır. Bütün təhlükəsizlik işləri həmin müəssisə tərəfindən həyata keçirilir.

Quraşdırılan qurğuların hər birinin sertifikatı olmalıdır. Ona görə, lift harada quraşdırılırsa, onun təhlükəsizlik istismarına nəzarət edən şəxs olmalıdır. Lift nasazdırsa, istismarı dayandırılmalıdır. Liftlərin normadan artıq yüklənməməsinə nəzarət etmək lazımdır”.

Seyranə Quliyeva / BEY.AZ




Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu