Lirənin “qara günləri”: Türkiyə vəziyyətdən necə çıxacaq?
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci turda müxalif namizəd Kamal Kılıçdaroğlunu 4% fərqlə məğlub etməsi xəbərindən sonra ötən gün səhərdən başlayaraq türk lirəsi kəskin ucuzlaşıb.
Türkiyədə dollar 20,24 TL səviyyəsinə qədər yüksəlib. Bu gün isə TL 0,5% də dəyər itirib. Vəziyyəti dəyərləndirən ekspertlər hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər.
Metbuat.az xəbər verir ki, bu barədə fikirlərini paylaşan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədəki iqtisadi təlatümlər müşahidə ediləcəkdir.
Eldəniz Əmirov
“Dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mümkün olmamışdır. Buna görə də hesab edirəm ki, Türkiyə hökümətinin iqtisadi siyasətlərində “U” dönüşu olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaqdır.Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcəkdir. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir”.
Ekspert hesab edir ki, Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı vardır. Eldəniz Əmirov bu məsələdə Azərbaycanı ən yaxşı tərəfdaşlardan kimi qiymətləndirib.
“Bir müddət öncə qeyd etdiyim kimi, Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Hazırda Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac vardır”.
Gülbəniz Hüseynli / Metbuat.az
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lirənin #qara #günləri #Türkiyə #vəziyyətdən #necə #çıxacaq