Lisey əməkdaşları ağır qəzaya düşdü
Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ “Trend”ə istinadən xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.
Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub.
Yaralı şəxslərin siyahısı:
Yaqubova Şölə Əlizadə qızı (1989-cu il təvəllüdlü) – Diaqnoz: Almacıq sümüyü və əngin sınığı. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Elmira Kərimova Tahir qızı (1988-ci il təvəllüdlü) – Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hazırda Siyəzən RMX-da stasionar müalicədədir.
Kərimov İlqar İsrafil oğlu (1966-cı il təvəllüdlü) – Diaqnoz: Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi. Hazırda Acil şöbəsində tibbi yardım göstərilir.
Yaqubov Çingiz Ramiz oğlu (1988-ci il təvəllüdlü) – Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.
Rüstəmov Rəşad Nizami oğlu (2000-ci il təvəllüdlü) – Diaqnoz: Sağ əlin V daraq sümüyünün sınığı. Müalicədən imtina edib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |