fbpx

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLAYIR

BEY.AZ informasiya agentliyi xəbər verir


Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.

Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lisey #və #gimnaziyalara #sənəd #qəbulu #BAŞLAYIR

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin