Livanda peycer partlaması nəticəsində ölənlərin sayı 12-yə çatdı
Livanda peycer partlaması nəticəsində daha bir nəfər ölüb.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib.
Bildirilib ki, partlayış nəticəsində ölənlərin sayı 2-si uşaq olmaqla 12-yə yüksəlib.
Eyni zamanda, nazir yaralıların sayının 4 minə çatması barədə məlumatları təkzib edib.
Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, təxminən 2,8 min nəfər yaralanıb:
“Beyrutda 1,8 min, Bekaada 850, ölkənin cənubunda 750 nəfər yaralanıb. 300-dən çox insan reanimasiyadadır. Onların bir çoxunun vəziyyəti son dərəcə ağırdır”.
Qeyd edək ki, sentyabrın 17-də Livanda peycer partlayışları baş verib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |