fbpx

Livandan İsrailin hücumları ilə bağlı açıqlama



Livanın Baş naziri Nəcib Mikati İsrailin Livana hücumları ilə bağlı açıqlama verib.

BEY.AZ xəbər verir ki, o bildirib ki, İsrailin Livana hücumlarını dayandırmaq üçün intensiv diplomatik təmaslar aparılır. Mikatinin sözlərinə görə, atəşkəs elan etmək və daha sonra siyasi həll yolları ilə bağlı yeni danışıqlara başlamaq üçün BMT Təhlükəsizlik Şurasınının toplanmasına dair ABŞ və Fransa arasında danışıqlar davam edir. Mikati bildirib ki, diplomatik təmaslar zamanı onlar İsrailin bütün öhdəliklərinə əməl etməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bir daha bəyan edirlər.

Mikati, İsrailin mülki şəxsləri, eləcə də xilasetmə və yardım qruplarını hədəf alan hücumlarını dayandırmasının prioritet olduğunu vurğulayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin