Livandan minlərlə insan Suriyaya köç etdi
Livanda yaşayan 17 min 700 insan İsrailin hücumları səbəbiylə Suriyaya köç edib.
BEY.AZ xəbər verir ki, İsrail və Hizbullah arasında intensiv müharibədən sonra livanlı və suriyalı ailələr Suriyaya qaçmağa başlayıb. Minlərlə insan illərlə davam edən vətəndaş müharibəsi səbəbindən humanitar və iqtisadi böhranın yaşandığı Suriyaya keçmək üçün saatlarla tıxacda gözləyib. İnsanların sərhədə axışması səbəbindən Jdeidat Yabous sərhəd keçidində kilometrlərlə tıxac yaranıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Yaxın Şərq və Şimali Afrika sözçüsü Rula Amin bildirib ki, avtomobil tapa bilməyən bəzi ailələr sərhədi piyada keçmək məcburiyyətində qalıblar.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |