Londonda Qurban Qurbanova sürpriz edildi
Britaniya Azərbaycanlıları Assosiasiyası sədri, Azərbaycanın tanınmış dünya və Avropa çempionu Hafiz Baxşəliyev Londonda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb.
BEY.AZ xəbər verir ki, görüş zamanı Hafiz Baxşəliyev Qurban Qurbanova onun rəsm əsərini təqdim edib.
Görüşlə bağlı təəssüratlarını bölüşən Hafiz Baxşəliyev bildirib:
“Qurban Qurbanovla bu dəfə Londonda görüşdük və Azərbaycan futboluna verdiyi töhfəyə görə Britaniyada yaşayan həmyerlilərimiz adından kiçik bir hədiyyəmiz də oldu. Qısa vaxtda gözəl rəsm əsərinə görə hörmətli Gülnarə xanıma təşəkkür edirik”.
Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Londonda “Tottenhem”ə qarşı keçirəcəkləri ilk tur oyunu ilə əlaqədar Böyük Britaniyada səfərdədir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |