“Ludoqorets” Bakıda “Qarabağ”a qalib gəlib – ARMY.AZ
Army.az-a istinadən bildiririk ki
Futbol üzrə Bolqarıstan çempionu “Ludoqorets” komandası “Çempionlar Liqası”nın III təsnifat mərhələsinin ilk oyununda Bakıda səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb . Meydan sahibləri 17-ci dəqiqədə qol vursalar da, oyundankənar vəziyyətə görə sıradan çıxarılıb və birinci hissə 0:0 hesabı ilə başa çatıb.
“Ludoqorets” komandası 54-cü dəqiqədə Diş Almeydanın qolu ilə hesabda önə keçməyi bacarıb. Təəssüf ki, 61-ci dəqiqədə Bolqarıstan yığmasının ulduzu Bernard Tekpeteinin ayağı sınıb və xərəkdə meydandan çıxarılıb. 65-ci dəqiqədə “Qarabağ” komandası Juninyonun qolu ilə hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Caio Vidal baş zərbəsi ilə Bolqarıstan çempionuna qələbə qazandıran qolu vurub.
Razqradda cavab görüşü avqustun 13-də keçiriləcək .
Mənbə: ARMY.AZ