Luis Suarez göz yaşları ilə vidalaşdı
Dünyaca məşhur hücumçu Luis Suares milli karyerasını başa vurub.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Uruqvaylı futbolçu Luis Suares Uruqvayın Montevideo şəhərindəki “Centenario” Stadionunda Dünya çempionatının seçmə mərhələsində Paraqvaya qarşı keçirilən oyundan sonra baş tutan mərasimlə Uruqvay milli komandası ilə vidalaşıb. Mərasimdə Luis Suares emosional anlar yaşayıb.
37 yaşlı Luis Suares Uruqvay milli komandası ilə 142 oyun keçirib. Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 69 qol vurmağı bacarıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |