fbpx

Lukaku Türkiyədə – Transfer elan edilir

BEY.AZ informasiya agentliyi xəbər verir



Mauro İkardinin transferini rəsmiləşdirməkdə çətinlik çəkən “Qalatasaray” klubu alternativ variantlara yönəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəsmiləri Romelu Lukakunun meneceri ilə əlaqə saxlayıb. İddialara görə, “Qalatasaray” Lukaku ilə razılığa gəlib. İkardi transferi reallaşmasa, Lukaku “Qalatasaray”a gələ bilər. Məlumata görə, “Çelsi” 30 yaşlı hücumçuya yeni klub tapmağı tapşırıb. Lukaku transfer məsələsini həll edərək, yeni klubu ilə hazırlığa başlamaq istəyir.

Bildirilir ki, son mövsümdə icarə əsasında oynadığı “İnter” klubu Lukaku üçün təklif göndərsə də, futbolçu rədd edib. Lukaku üçün Səudiyyə Ərəbistanı klubundan da təklif var.Hazırda futbolçu Türkiyədə turizm mərkəzlərindən birində məşq edir. “Rixos” otelin meydançasında tək başına məşq edən Lukakunun “Qalatasaray”dan cavab gözlədiyi irəli sürülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Lukaku #Türkiyədə #Transfer #elan #edilir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin