fbpx

​Lukaşenko məhkəmə qarşısına çıxa bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Lukaşenko rejimi də bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

Metbuat.az xəbər verir ki, BMT-nin insan haqları üzrə ali komissarı, avstriyalı hüquqşünas Volker Türk Belarusda insan haqlarının vəziyyətinə dair hesabat açıqlayıb. Hesabat 207 zərərçəkən və şahidlə müsahibələr, 2500-dən çox dəlil – video, foto, tibbi arayış və məhkəmə protokolları əsasında hazırlanıb.

Hesabatda Belarusda insan haqları sahəsində beynəlxalq hüququn geniş yayılmış sistematik pozuntuları, o cümlədən qanunsuz olaraq həyatdan məhrumetmə, çoxsaylı özbaşına azadlıqdan məhrumetmə, işkəncə və amansız rəftar, seksual və gender zorakılığı halları, dinc toplaşmaq və birləşmək azadlığının pozulması faktları sənədləşdirilib.

Rüya tabirlerini burdan oku

Bildirilir ki, bu halların bəziləri insanlığa qarşı cinayətə bərabər tutula bilər.

“Bizim hesabat Belarusda vətəndaş cəmiyyəti və əsas azadlıqların demək olar ki, tam məhvinin qəbuledilməz mənzərəsini təsvir edir” , – deyə V. Türk vurğulayıb.

17 mart 2023-cü ilə olan məlumata görə, Belarusda 1462 siyasi məhbus var.

Hesabatda BMT üzv dövlətlərinə çağırış var ki, eksterritorial və universal yurisdiksiyanın ümumi qəbul olunmuş prinsipləri çərçivəsində milli səviyyədə günahkarların cəzalandırılması məsələsinə baxsınlar. Yəni Lukaşenko və digər Belarus rəsmiləri haqqında bəzi dövlətlərin məhkəmələri bu hesabat əsasında məhkumiyyət qərarları çıxara bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Lukaşenko #məhkəmə #qarşısına #çıxa #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu