fbpx

Lukaşenko Ukrayna ilə birbaşa müharibədən qaçır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun məlumatına görə, Rusiyanın rəsmi Minskə Ukraynadakı müharibəyə qoşulması üçün etdiyi təzyiq cəhdləri Belarus ordusunda daxili çəkişmələrə səbəb ola bilər.

Bildirilib ki, Belarus Sərhəd Xidməti və Belarus Silahlı Qüvvələrinin əsgərləri bu ölkənin Ukraynada müharibəyə girməsi təhlükəsi səbəbindən Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən getdikcə daha çox narazılıq edirlər:

“Rusiyanın təzyiqləri Belarus hərbçiləri arasında narahatlıq yarada bilər. Belarus Prezidenti Aleksandr Lukaşenko müharibəyə qoşulmaq istəmir. Bunu təsdiqləyən daxili amillər var. Ona görə də Belarusun Ukraynadakı müharibəyə qoşulmaq ehtimalı çox azdır”.

Rüya tabirlerini burdan oku

Mövzuya münasibət bildirən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a bildirdi ki, bu və ya digər formada müharibədə iştirak edən Belarusun ərazisindən Rusiyanın istifadə etməsi istisna olmasa da, savaşda Belarus ordusunun iştirak etməsi hələ ki, ağlabatan görünmür.

Kənan Novruzov

“Rusiya Qərblə mübarizə aparmaqla yanaşı, həm də sanksiyalar altında “boğulur”. Belarus başa düşür ki, müharibəyə birbaşa qoşulsa onu da eyni aqibət gözləyir. Digər tərəfdənsə, Lukaşenko Rusiyanın təzyiqlərindən qorxur. Belə bir durumda Minsk Moskvaya minimal dəstək verməklə öz təhlükəsizliyini təmin etməyə çalışmalıdır. Və görünür, Belarus hələ ki, bunu bacarır”.

Kənan Novruzov Belarusun birbaşa müharibəyə qoşulmasının daxili ictimaiyyət üçün də arzuolunan olmadığını deyərək qeyd etdi ki, hakimiyyət bunu nəzərə alır.

“Lukaşenko bilir ki, canlı qüvvə ilə savaşa dəstək verərsə, gələcəkdə xalq ayağa qalxa, iqtidara etiraz edə bilər. Buna görə də Lukaşenko ehtiyatlı addım atır. Müharibənin yaxın vaxtlarda başa çatacağı ağlabatan görünmür. Bütün məqamlara əsasən deyə bilərik ki, savaş uzun müddət davam edəcək. Və hər ötən gün Belarusun iştirak ehtimalını artırır. Bu isə ABŞ institunun bildirdiyi kimi, Belarus ordusunda, cəmiyyətində narazılığın güclənməsinə şərait yaradır. Beləliklə, Belarusu çətin günlər gözləyir. Məhz Rusiyanın təzyiqləri və Ukraynadakı savaşla əlaqədər gələcəkdə Belarusda daxili xaotik durumun formalaşması gözləniləndir. Təbii ki, bu, Qərbin də ürəyincədir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu