Məğlubiyyətdən sonra deyib ki… – Paltardəyişmə otağında olanlar
“Qarabağ” dünən Çempionlar Liqasında növbəti sınağına çıxdı.
Ağdam klubu pley-off mərhələsi çərçivəsində Xorvatiyada “Dinamo” ilə qarşılaşdı.
“Qarabağ” sarıdan xoş gümanlar öz yerini almadı. Matçında əvvəlində hesabı açan ev sahibləri son dəqiqələrdə daha iki qol vuraraq, böyükhesablı qələbə qazandı.
Qurban Qurbanov matçdan sonra futbolçularına nə söyləyib? Bu suala cavab axtaranlar çoxdur indi.
Dünən gecədən bəri sosial şəbəkələrdə yayılan bəzi iddialar əsassızdır – təcrübəli mütəxəssis komandasına “döşənməyib”.
Baş məşqçi oyunçularını sərt dillə danışdırmayıb. O, qaçırılan çoxsaylı qol vəziyyətlərinə təssüfünü gizlətməyib, sadəcə.
Bildirib ki, əgər 70-ci dəqiqəyədək ələ düşən fürsətlərin ən azı bir-ikisini dəyərləndirilsəydi, Zaqrebdən qələbəylə dönmək mümkün idi.
Qurbanov deyib ki, indi bu yenilginin təsirinə qapılmaq daha ciddi fəsadlara yol aça bilər.
Odur ki, olanları unudub, bir həftə sonra Bakıda keçiriləcək cavab matçına hazırlaşmaq, qələbəyə konsentrasiya olmaq lazımdır.
Azərbaycanın ən yaxşı çalışdırıcısı revanşa inandığını söyləyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |