Məhbuslarımız ali təhsil ala bilərmi? – AÇIQLAMA / VİDEO
Azərbaycanda məktəbli yaşında olan məhkumların təhsil almaq hüququ təmin olunur.
Aşağı yaşda olan məhkumların təhsil alması üçün xüsusi məktəblər fəaliyyət göstərir.
BEY.AZ xəbər verir ki, ATV-nin “Xəbərin olsun” proqramı məsələ ilə bağlı sujet hazırlayıb.
Elm və Təhsil Nazirliyinin Şöbə müdiri Firiddun Həmzəyev bildirib ki, məhkumlar cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumi təhsil müəssisəsində, səkkiz 12-ci siniflərdə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə müəssisələrinin nəzdində olan axşam tam orta məktəbində isə 6-12 siniflərdə təhsil alırlar.
Daha ətraflı ATV-nin videomaterialında: