Məhkəmə Ekspertizası Şurası yaradıldı – SƏRƏNCAM
Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub.
Şuranın sədri
Azərbaycan Respublikasının ədliyyə naziri
Şuranın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |