fbpx

Məişət zorakılığına qarşı mübarizə mövzusu jurnalistika üzrə etik kodekslərdə

Rüya Yorumları burda


Beynəlxalq təşkilatlar məişət zorakılığı ilə mübarizə məsələsində kütləvi informasiya vasitələrinin fəaliyyətini düzgün istiqamətə yönləndirmək üçün təlimatlandırıcı vəsaitlər hazırlayırlar. Bu vəsaitlərin bir qismində məişət zorakılığı məsələsinə “ayrıseçkiliyin yolverilməzliyi”, yaxud, “gender bərabərliyi” kontekstində yanaşılır. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən hazırlanmış “Jurnalistlərin davranış prinsipləri haqqında bəyannamə” adlandırılan sənədin 7-ci bəndində göstərilir ki, “…cinsi mənsubiyyətə əsaslanan ayrıseçkilik yolverilməzdir”. Sənədin davam edən digər müddəalarında qadınlar və uşaqlar haqqında informasiya hazırlamağın şərtləri sadalanır, zorakılığın pislənilməsinə çağırış edilir

(https://www.unicef.org/georgia/sites/unicef.org.georgia/files/2019-10/cartiaen.pdf) . Bu prinsip dünyanın demokratik ölkələrində, o cümlədən Azərbaycanda xəbər istehsalçıları üçün hazırlanmış etika məcəllələrində təkrarlanır.

Azərbaycanda “Jurnalistlərin Etik Davranışı Qaydaları” (Etik Kodeks) gender bərabərliyinin təmin edilməsinə, həmçinin, məişət zorakılığına qarşı mübarizə məsələsinə töhvə vermək baxımından yenilənib. 2018-ci ildə yeni versiyada hazırlanmış JEDQ gender bərabərliyi, ayrıseçkiliyin yolverilməzliyi və media azadlığı məsələsinə kompleks yanaşmanı ifadə edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 1 noyabr 2018-ci il tarixli iclasında əsas olaraq qəbul edilmiş “Jurnalistlərin Etik Davranış Qaydaları”nın (JEDQ) 4-cü prinsipi “Ayrıseçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsiplərinin təşviqi” adlandırılıb. Həmin prinsipdə gender bərabərliyi, ayrıseçkiliyin yolverilməzliyi və zorakılığın pislənilməsi tam ifadə olunub:

– 4.1. Jurnalist ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir.

– 4.2. Jurnalist gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imajını təşviq etməlidir.

Rüya tabirlerini burdan oku

– 4.3. Jurnalist gender-əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender-əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır ( https://presscouncil.az/az/code-of-professional-ethics-for-journalists-in-azerbaijan).

Məişət zorakılığı mövzusunun getdikcə aktuallaşdığını və medianın bu problemə qarşı mübarizədə önəmli rol oynadığını nəzərə alaraq, xəbər istehsalçıları üçün tərtib edilən kodekslər də yenilənir. Yenilənmiş kodekslərdə məişət zorakılığının mahiyyəti və bu problemə qarşı mübarizədə medianın rolunu ifadə edən müddəalar konkretləşdirilir.

Böyük Britaniyada fəaliyyət göstərən, məişət zorakılığına məruz qalan insanlar üçün xeyriyyə kampaniyaları təşkil etmək sahəsində ixtisaslaşan “Sıfır tolerantlıq” təşkilatının (Zero Tolerance ) müəllifliyi ilə yeni media kodeksi hazırlanıb. Kodeks “Qadınlara və qızlara qarşı zorakılıqlar barədə reportaj hazırlamağın 10 şərti: məsuliyyətlilik və dəqiqlik” adlandırılıb ( Violence Against Women and Girls – VAWG: 10 steps to reporting violence against women and girls: responsibly and accurately:https://www.zerotolerance.org.uk/resources/Media-Guidelines-on-Violence-Against-Women.pdf ).

10 bənddən ibarət olan kodeksdə məişət zorakılığı mövzusunda məqalə hazırlamağın bütün prinsipləri əks olunub:

– Zorakılığa məruz qalmış qadınlar haqqında məlumatı elə hazırlayın ki, onların ləyaqət hissi aşığalamasın. Mövzunu sensassiyaya çevirib sui-istifadə etməyin: məsələni həddindən artıq dramatikləşdirməyin. Qurbanların transgender, porno layihələrin iştirakçısı, seks xidmətçisi olduğunu vurğulamayın. Həmçinin, hədsiz dərəcədə təfərrüatlara varmayın, anonimliyi pozmayın, təhlükəsizlik şərtlərini qoruyun.

– Aktual hadisələrdə, gündəlik xəbərlərdə görünməyən, eşidilməyən və oxunmayan qadınlara tribuna verin. Onların fərqli hekayələrini təqdim edin. Məsələn, yaşlı qadınlar, etnik azlıqlardan olan qadınlar, əlil qadınlar və s mövzusuna yer ayırın.

– Zorakılığın səbəbləri haqqında aydın təsəvvür yaradın. Problemin əsasən gender bərabərsizliyi, kişilərin cəmiyyətdə qadınlardan daha çox gücə sahib olması kimi streotiplərdən qaynaqlandığını vurğulayın.

– Məişət zorakılığı törətmiş cinayətkarın hərəkətlərinin alkoqol, psixi sağlamlıq, maliyyə təzyiqləri və ya stress səbəbindən yarandığını söyləməyin, kişilərin zorakılığına bəraət qazandırmayın. Bu cür yanaşma məişət zorakılığı amilini daha da gücləndirir.

– Qadının nə geyindiyini, nə yeyib nə içdiyini, kiminlə münasibətinin olduğu barədə nüansları verməyin və zorakılığa görə başqa “izah” tapmağa çalışmayın. Bu, əhəmiyyətsizdir. Cinayətkarlar öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar.

– Cinayəti dəqiq təsvir edən sözlərdən istifadə edin: qadınlara qarşı zorakılıq, məişət zorakılığı, zorlama, qətl, uşaq istismarı, emosional zorakılıq, məcburi nəzarət və s.

– Cinayətkardan sitat gətirməkdən çəkinin. Bu, onların qurbanlarına əlavə travma verə bilər.

– İstintaqı davam edən işlərdə zorakılıq qurbanı olmuş qadınların adlarını çəkməməyə çalışın. Hətta bunu etmək qanuni olsa belə. Qurbana çevrilmiş qadının adını yalnız onun özünün icazəsi olduqda istifadə edin. İnsident ölümlə nəticələnibsə, qurbanın (qadının) adından istifadə edin.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ


QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA


DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu