fbpx

Məişət zorakılığının artmasına səbəb olan amillər



Mental zehniyyət faktoru

Məişət zorakılığı üzrə insidentlərin sayı artan xətt üzrə getdiyi və dünyanın bütün regionlarını əhatə etdiyi üçün mövzu qlobal miqyaslı problem kimi xarakterizə edilir. Ümumdünya Səhiyyə Təşkilatı ilk növbədə qadınların və uşaqların məişət zorakılığı amilindən əziyyət çəkdiyini elan edib. Beynəlxalq hesabatlarda qeyd edilir ki, dünyada hər 3 qadından biri məişət zorakılığı halına məruz qalır ( https://www.dosomething.org/us/facts/11-facts-about-domestic-and-dating-violence ).

Məişət zorakılığı hallarının qarşısını almaq üçün ilk öncə problemin artamasına yol açan səbəblər araşdırılır. Bu sırada lokal və qlobal xarakterli amillərin təsnifatı aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova 2023-cü il dekabrın 6-da Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxış edərkən məişət zorakılığına yol açan səbəblər barədə məlumat verib: “Bu kontekstdə dəyərləndirmə aparılarkən bəlli olur ki, məişət zorakılığının artmasının bir səbəbi də “mental dəyərlərlər”lə bağlıdır”.

“Statista” Beynəlxalq Analitik Mərkəzinin araşdırmalarında da qeyd edilib ki, məişət zorakılığı hallarının artmasını stimullaşdıran amillər sırasında mental zehniyyət faktoru ilk sırada dayanır: “Məişət zorakılığı halları üzrə statistikanın yüksək olduğu regionların adlarına baxdıqda görünür ki, bu kimi mənfi hallar ən çox Yaxın Şərq, Şimali Afrika və bəzi Asiya ölkələrində, bir sözlə, klassik ailə ənənələrinin qorunub saxlanıldığı regionlarda daha çox yayılıbdır. Ənənəvi zehniyyətin elementləri ilə müasir dövrün dəyərləri arasında uyğunsuzluğun artması paralel şəkildə ailə münasibətlərindəki ziddiyətləri də artırır. Bu isə öz növbəsində məişət zorakılığı qismində problemləri artırır ( https://ncadv.org/STATISTICS ).

Veb texnologiyaların təsiri

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, ənənəvi zehniyyətlə müasir dəyərlər arasındakı uyğunsuzluq amili məişət zorakılığına yol açan səbəblər sırasında ilk yerlərdə dayanır. Həmçinin, texnoloji inkişaf da prosesə təsir edir: “İnternetin inkişafı həyatın bütün sahələrində olduğu kimi, məişət münasibətlərində də öz təsirini göstərir. İnsanlar internet vasitəsilə hüquqi mənbələrə çıxış imkanları əldə edirlər, savadlanırlar. Məsələn, 30 il bundan qabaq əhalinin çox hissəsinin Ailə Məcəlləsi barədə məlumatı minimal səviyyədə idi. Amma bu gün vəziyyət dəyişib. Adamlar internet üzərindən hüquqi mənbələrə daxil olurlar, öz hüquqlarını öyrənirlər. Öyrəndikləri hüquqları ailə daxilində tətbiq etmək istəyəndə isə, adətən müqavimətlə üzləşirlər, zorakılığa məruz qalırlar. Bu baxımdan problemin aradan qaldırılması üçün maarifləndirmə proqramları icra edilməlidir”.

“Violence info” Beynəlxalq Analitik Mərkəzi də məişət zorakılığı halları üzrə statistikanın artmasının səbəblərindən biri kimi veb-texnologiyaların inkişafını, xüsusilə, sosial şəbəkə platfotrmalarının çoxalmasını göstərir. Mərkəz yeni texnologiyaların məişət zorakılığı amilinə təsirini 2 istiqamət üzrə təsnifatlaşdırır: “Aydınlaşdırmaq lazımdır ki, bu gün məişət zorakılığı üzrə insidentlərin sayı çoxalıbdır, yoxsa bu insidentlər barədə xəbərlərin kəmiyyəti artıbdır? Nəzərə almaq lazımdır ki, məişət zorakılığı üzrə insidentlər tarixdə həmişə olubdur. Amma əvvəlki dövrlərdə bu insidentlər barədə xəbərlər yayılmayıbdır. Hadisələr qapalı saxlanılıbdır. Bu gün isə faktı gizlətmək mümkün deyil. İnsident barədə xəbərlər dərhal sosial şəbəkə hesablarında görünür və elə təəssürat yaranır ki, məişət zorakılığı üzrə insidentlərin sayı çoxalır. Hansı ki, insidentlərin kəmiyyəti deyil, insidentlər barədə xəbərlərin kəmiyyəti çoxalır”.

İkinci təsnifat qrupunun şərh bölümündə isə qeyd edilir ki, sosial mediada məişət zorakılığı faktları sensasion formada təqdim olunur. Bəzən isə reallıqdan uzaq olan yalançı hekayələr yaradılır. Məişət zorakılığına məruz qalan insanlara problemdən qurtarmaq üçün yanlış yollar göstərilir. Bütün bunlar isə mövzuya təsirsiz ötüşmür.

Mərkəzin hesabat sənədlərində qeyd edilir ki, məişət zorakılığı faktlarının sensasion formada təqdim olunması amili təkcə sosial şəbəkə platformaları üçün xarakterik deyil. Bu yanaşma bəzən ənənəvi media səhifələrində də təzahür edir. Bu baxımdan xəbər istehsalçılarının məişət zorakılığı mövzusunda xəbərləri necə hazırlamalı olduqları barədə təlimatlar hazırlanır.

Növbəti yazılarımızda xəbər istehsalçılarının məişət zorakılığı mövzusuna yanaşmalarını ehtiva edən təlimatlar barədə geniş məlumat veriləcək.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ


QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA


DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin