Məktəbdə şagirdlər arasında dava – Xəsarət alan var


Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.

BEY.AZ xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

“Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”, – məlumatda qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək.






Exit mobile version