Məktəbdən şagirdlərin bağlı qapı arxasında qalmasına reaksiya
Yeni Suraxanı qəsəbəsində yerləşən 89 saylı orta məktəbdən video yayılıb. Görüntülərdə məktəbin qapıları bağlandığından bəzi şagirdlər axşam saatlarına qədər içəridə qaldıqları əks olunub.
BEY.AZ xəbər verir ki, 89 saylı məktəb yayılan görüntülərə münasibət bildirib.
Məktəbin açıqlamasında qeyd edilib ki, oktyabrın 28-də ikinci növbə üzrə dərslərin saat 18:50-də başa çatdığı və birinci giriş qapısının gözətçi tərəfindən saat 19:15-də bağlanıb.
“Oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir”.
Təhsil müəssisəsindən bildirilib ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Video: “Bakupost.az”
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |