Məktəbli formaları neçəyə satılacaq? – YENİ QİYMƏT
“Məktəb formalarının qiymətində heç bir artım olmayacaq”.
Bunu BEY.AZ-a açıqlamasında “Bakı Tikiş Evi”nin satış müdiri Etibar Əzimov deyib. O bildirib ki, istehsal olunan məktəbli şalvarları və ətəklərin qiymətində 20 faiz endirim edilib:
“Bu sezondan şalvar və ətəklər 25 manatdan 20 manata endirilib. Hazırda bizim bütün satış mərkəzlərimizdə məktəbli şalvarı və ətəkləri 20 manata, köynək isə 15 manata satılır”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |