Məlahət Sultanova prorektor təyin edildi
Azərbaycan Tibb Universitetində (ATU) elmi işlər üzrə yeni prorektor təyin edilib.
BEY.AZ xəbər verir ki, bu vəzifəyə Tibb elmləri doktoru, radioloq Məlahət Sultanova gətirilib. O, bundan əvvəl universitetin Şüa diaqnostikası kafedrasının müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Məlahət Sultanova 1990-1996-cı illərdə ATU-da ali tibb təhsili alıb və radioloq ixtisasına yiyələnib. Daha sonra 1996-1998-ci illərdə klinik ordinatura keçib. O, uzun illər universitetdə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2020-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək professor adını qazanıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |